Satış direktoru

İşin təsviri

Direktorun vəzifə və öhdəlikləri:

  • Satış komandasının idarə edilməsi (mağaza müdirləri və satıcılar), gündəlik olaraq tapşırıqların verilməsi
  • İllik satış hədəflərinin müəyyən edilməsi prosesində iştirak;
  • Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
  • Satış plan və hədəfləri üzrə struktur bölməsi üçün iş bölgüsünün aparılması 
  • Ehtiyac duyulan satış komandası əməkdaşları üçün (yeni işçilərə) təlimlərin keçirilməsinə nəzarət etmək
  • Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi
  • Potensial müştərilərin müəyyən edilməsi və priotetləşdirilməsi
  • Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
  • Satış komandasının həvəsləndirilməsi, motivasiya tədbirlərinin görülməsi üçün yuxarı menecmentə təkliflərin verilməsi
  • Anbarda uzum müddətdir hərəkət etməyən məhsulların satışının həyata keçirilməsi üçün qiymətlərin müəyyənləşdirilməsi, satış alətləri üzrə təkliflərin verilməsi.
  • Məhsullar üzrə qiymət təyini prosesində iştirak edilməsi
  • Müştərilərin debitor borclarının idarə edilməsi
  • Rəhbərliyə mütəmadi olaraq satış performansına dair hesabatların verilməsi
  • Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
  • Sahəsi üzrə satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Şirkətin illik büdcəsinin müəyyən edilməsi prosesində iştirak
  • Satınalma prosesində məhsul seçimi üzrə prosesdə iştirak
  • Satış planlarının icrasına olunmasına dəstək, satış komandasına müvafiq alətlərin təqdim edilməsi 
  • Satış nöqtələrində satış planlarına və qaydalarına nəzarət məqsədilə davamlı şəkildə sahədə olmaq

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Satış sahəsi üzrə 5 ildən artıq iş təcrübəsi (Tikinti və inşaat sahəsində təcrübə vacibdir)
  • Rəhbər vəzifədə ən azı 2 illik iş təcrübəsinin olması
  • Liderlik keyfiyyətlərinə malik olması
  • Korporativ idarəetmənin prinsipləri ilə tanış olması
  • Analitik düşüncə qabiliyyətinin olması
  • Kompüter bilikləri (MS Office, ERP və CRM sistemləri ilə işləmə bacarığı);
  • Planlama bacarığı;
  • İdarəetmə bacarığı
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili biliyi üstünlükdür)
  • Namizədin nəqliyyat vasitəsinin olması şərtdir
  • Yaş : 28-45

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Avtomobil üzrə yanacaq və amortizasiya xərcləri;
  • Şirkət tərəfindən təlimləndirmə; 
  • Əmək haqqı  2,500-3,500 AZN (Sabit hissə + satışdan bonus olmaqla)
  • Baş ofis Binə qəsəbəsində yerləşir

Uyğun namizədlər [email protected] və [email protected] adresinə öz CV-lərini göndərə bilərlər.

Tahiroğlu İnşaat tərəfindən digər vakansiyalar