Hüquqşunas

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 12.03.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
 "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Vəzifə: Hüquqşunas 


MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Cəmiyyətdə normativ aktların müddəalarının düzgün tətbiq edilməsinin təmin edilməsi;
• Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və lazım gəldikdə razılığın bildirilməsi (sənədlərin müvafiq yerində imza etməklə);
• Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsinin təmin edilməsi;
• Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması, müqaviləni qarşı tərəfə təqdim etdikdə onun qanunvericiliyin və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanılması;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı Hüquqi şəxs(lər)in dövlət qeydiyyatına alınması, yenidən təşkili və ləğvi üçün tələb olunan sənədlər paketinin hazırlanması və icra edilməsi;
• Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketinin hazırlanması və icra edilməsi;
• Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına və hərəkətinə nəzarət edilməsi, bu sahədə hüquqi məsləhətlər və əlverişli təkliflər verilməsi;
• Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;
• Cəmiyyətə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görülməsi;
• Tələb olunan hüquqi sənədlərin lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim edilməsi, oradan götürülməsi, bununla bağlı imza edilməsi, lazım gəldikdə tələb olunan dövlət rüsumunun ödilməsi;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• Ali hüquq təhsili;
• MS Office işləmək bacarığı;
• Azərbaycan və rus dillərini bilmək;
• Hüquq sahəsində azı 3 il stajı.

Bilməlidir:

• Azərbaycan Respublikasının qanunlarını;
• Mülki Məcəlləni;
• Əmək qanunvericiliyini;
• Nazirlər Kabinetinin qərarlarını;
• Prezidentin fərman və sərəncamlarını;
• Beynəlxalq qanunvericiliyi.

Fərdi keyfiyyətlər:

• Kommunikabellik;
• Məsuliyyətlilik;
• Diqqətlilik;
• Əlaqələndirmə bacarığı.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.