Təsərrüfat üzrə nəzarətçi

İşin təsviri

İşin təsviri:

  • Təsərrüfat üzrə menecer ilə birgə işləyərək həftəlik iş qrafiklərini tərtib etmək, həmin qrafiklərin biznes ehtiyaclarını və digər əsas icra göstəricilərini əks etdirdiyinə əmin olmaq.
  • Xidmətçilərə iş öhdəlikləri və tapşırıqları bölüşdürmək.
  • Xidmətçilər tərəfindən görülmüş işlərə dair qonaq otaqlarında və ictimai ərazilərdə yoxlamalar aparmaq.
  • İtən və zədələnən əşyalar haqqında xəbər vermək.
  • İctimai ərazilər, iaşə obyektləri, ofislər, tualetlər və avtomobil dayanacağında yoxlamalar aparmaq.
  • Podratçılar tərəfindən həyata keçirilən işlərin yoxlanılmasını həyata keçirmək.
  • Podratçılar tərəfindən həyata keçirilmiş işlərlə bağlı podratçının nəzarətçisi ilə əlaqə yaratmaq və onları yoxlamaq.
  • Planlaşdırılmış müntəzəm işlərin həyata keçirilməsini təmin etmək.
  • Şirkətin bütün minimal standartlarının həyata keçirilməsini təmin etmək.
  • Qrup rəhbərləri və Xidmətçilərin digər şöbələr ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmələrinə əmin olmaq.

Namizədə olan tələblər:

  • Təmizlik şöbəsində Nəzarətçi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

 

Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303

Son tarix: 28 Noyabr 2022

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Housekeeping Supervisor” qeyd edərəkç CV-lərini elektron ünvanına 28.11.2022-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 

Email: [email protected]