Tibbi sığorta şöbəsinin mütəxəssisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 26.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 23-35
  • Cinsi: qadın
  • İş təcrübəsi: arzuolunandır 
  • Tibb sahəsində təcrübə və biliklərin olması arzuolunandır
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
  • MS Office proqramları üzrə biliklər

Əsas vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin aktiv axtarışı, onlarla danışıqların və görüşlərin təşkil olunması
  • Mövcud müştərilərlə iş (müqavilələrin yenilənməsi, şikayətlərin araşdırılması, təqdimatların hazırlanması, görüşlərin aparılması, gündəlik administrativ işlərin aparılması)
  • Şirkət daxili digər şöbələrlə iş birliyi

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: 600 AZN, sınaq müddətindən sonra 700 AZN (İş təcrübəsi olan namizədlərlə əmək haqqına baxıla bilər)

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  ’’Tibbi sığorta şöbəsinin mütəxəssisi “qeyd etmələri xahiş olunur

Email:  [email protected]