Merçendayzer

İşin təsviri

Tələblər:

  • Minimum təhsil dərəcəsi: Orta;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Yaş həddi: 30 –dək ;
  • Cinsi: Qadın ;
  • Təcrübə: Satış sahəsində minimum 1 il iş təcrübəsi.

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Nəticə yönümlü;
  • Müştəri yönümlülük;
  • Komandada işləmək bacarığı.

İş barədə: 

  • Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
  • Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
  • Məhsul çeşidləri üzrə rəfdə standardlara uyğun düzülməsi;
  • Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;
  • Rəflərin səliqəli olmasının təmin edilməsi və nəzarət;
  • Müəyyən edilən rut planı üzrə marketlərin ziyarət edilməsi;

Vəzifə üzrə əmək haqqı: Müsahibə əsnasında bildiriləcəkdir.

İş vaxtının norması:

  • 09:00-18:00 / 6 günlük iş həftəsi;
  • Fəaliyyət ofis xaricində olacaqdır,  

İş yeri:  Bakı şəhəri. Xətai rn. Xocalı pr . Dəmirçi plaza 4-cü mərtəbə

Müraciət forması:

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “merçendayzer” yazmaqla e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.