Daxili Audit Xidmətinin Mütəxəssisi

  • AXA MBask
  • Elanın qoyulma tarixi: 11.03.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Daxili Audit Xidmətinin Mütəxəssisi

Namizədə tələblər:

• Yaş həddi : 20-30
• Ali İqtisadi, Bıznes və ya Hüquqi təhsil
• Azərbaycan, ingilis və rus dilləri mükəmməl səviyyədə bilgisi
• Daxili və kənar audit sahəsində ən azı bir il təcrübə
• Beynəlxalq daxili və kənar auditin aparılması qaydaları və prinsiplərini bilməsi
• İT bilgiləri: MS Windows, MS Office (Excell”-i mükəmməl bilməsi)
• Peşəkar, məsuliyyətli, prinsipial, dürüst və dəqiq olmaq, eləcə də məxfiliyi qorumaq qabiliyyəti olmalı

İş barədə məlumat:

• Şirkətdə mövcüd olan bütün risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək üçün audit öncəsi həmin sahələrin təhlilinin aparılmasında, auditin forması, müddəti və əhatə edəcəyi sahələr haqqında audit proqramının hazırlanmasında və onun audit olunanlarla müzakirəsində iştirak edir
• Şirkətin icra və nəzarət sistemlərində, risklərin idarə olunmasında (maliyyə resurslarının planlaşdırılması və onun icrası, uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi, onların ötürülməsi, işlənməsi, məlumat təhlükəsizliyi, eləcə də digər sahə və ya strukturlar üzrə Şirkətin fəalıiyyətində) yol verilən, ya da verilə biləcək nöqsan və qüsurların qarşısının alınması üçün müxtəlif tədbirlərin görülməsi ilə bağlı öz təkliflərini verir
• Daxili Audit Xidmətinin iş planına uyğun olaraq audit layihələrində (monitorinq və ya təftişlərdə) iştirak edərək auditin gedişatında vaxtaşırı olaraq DAX-ın rəhbərini yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlar barədə məlumatlandırır
• Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi

Ə/h; 500 – 900 AZN
CV göndərərkən mövzu yerinə “Daxili Audit Xidmətinin Mütəxəssisi” yazaraq , CV-nizi  [email protected]  e-mail ünvanına göndərməyiniz xahiş olunur.