İşin təsviri
Vəzifələr:
- İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektrik, elektron və avtomatlaşdırılmış hissələrində müayinə, texniki xidmət, təmir-bərpa, quraşdırma və sazlama işlərin icrası
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
- İsitmə-soyutma, hava tədarükü sistemlərində mövcud avadanlıq/elementlərin əvəzlənməsi, yeni avadanlıqların/elementlərin quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
- Müxtəlif müayinə və sınaq cihazları və alətləri vasitələri ilə sistemin/elementlərin işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması
- Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
- İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
- İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması
Tələblər:
- Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
- Müvafiq ixtisası təsdiq edən təlim şəhadətnaməsi
- Müvafiq sahə üzrə minimum 5 il təsdiqli iş təcrübəsi
- Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
- Yaşayış və kommersiya ərazilərinə dair isitmə-soyutma və havalandırma standartlar və tələblər üzrə əsaslı biliklər
- Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
- Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları
Əmək haqqı 1000-1200 azn.
Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.
İşçilər servis xidməti ilə təmin olunacaqlar.
Xahiş edirik CV-lərinizi Havalandırma və isitmə-soyutma işləri üzrə mütəxəssis qeyd etməklə e-mail ünvanına göndərəsiniz.
Email: [email protected]