Baş Direktorun Köməkçisi (bəy namizəd)

  • Company
  • Elanın qoyulma tarixi: 21.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə  kateqoriyası: Texniki İcraçı

Tabedir: Birbaşa Baş Direktora

Əmək haqqı: sınaq müddətindən əvvəl 800 azn (net) - sınaq müddətindən sonra 1000 azn (net)

Namizədə dair tələblər:

  • Yalnız bəy namizədlər;
  • Ali təhsilli;
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi;
  • Azərbaycan dilini (yazmaq, oxumaq, danşmaq) yüksək səviyyədə, ingilis dilini sərbəst bilməlidir
  • Kargüzarlığı bilməlidir;
  • Şirkətlərin təşkilati struktur sxemi haqqında məlumatlı olmalıdır;
  • MS Office proqramlarını (Word, Excel, Outlook Express) bilməlidir;
  • Ofis avadanlıqlarını (kseroks, printer, skaner) bilməlidir.

Funkiya və vəzifələri:

  • Baş  Direktorun inzibati idarəetmə fəaliyyəti istiqamətində texniki və təşkilati dəstək göstərilməsini həyata keçirir;
  • Baş Direktorun əmr və sərəncamlarının qeydiyyatını aparır, aidiyyəti cavabdeh şəxslərə çatdırılmasını təmin edir;
  • Baş  Direktorun imzasına təqdim olunan sənədlərin düzgünlüyünə və keyfiyyətinə nəzarət edir;
  • Baş  Direktorun görüşlərini, konfranslarını və səyahətlərini planlayaraq görüşləri təyin edir;
  • Baş  Direktorun göstərişi ilə iclasların keçirilməsini təşkil edir;
  • Baş Direktorun iş yerini fəaliyyətinə effektiv olması üçün zəruri təşkilati texnika və dəftərxana ləvazimatı ilə təmin edir;
  • Baş Direktorun qonaqlarına çay, kofe və digər yüngül və sərinləşdirici içkilər təklif edir;
  • Baş Direktorun digər xidməti tapşırıqlarını yerinə yetirir;
  • Baş Direktora ünvanlanmış telefon zənglərini, məktubları və digər sənədləri qəbul edir;
  • İstifadə olunan sənədləri toplayır və onların asan şəkildə axtarışını, əldə olunmasını və müəyyən olunmuş vaxta arxivə təhvil verilməsini təmin edir;
  • Əmr, sərəncam, məktub, sorğu və digər sənədlərin layihəsini tərtib edir, daxil olan məktubların cavablarının hazırlanmasını təmin edir;
  • İclas  protokolunu tərtib edir, və protokolla cavabdeh şəxslərin tanış olmasını təmin edir;
  • Ehtiyac olduqda otellər ilə birbaşa əlaqə yaradaraq xarici qonaqların yerləşməsi üçün rezervasiyalar etməklə bağlı əlaqədar şəxs olur.

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
  • Nahar fasiləsi: 13:00 – 14:00 (nahar şirkət tərəfindən təmin edilir);
  • İş məqsədləri üçün mobil nömrə, aylıq danışıq vaxtı və internet paket.

CV (yalnız foto ilə) müraciət et bölməsində qeyd olunan e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Baş Direktorun Köməkçisi) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.