İşin təsviri
Əsas vəzifə və öhdəliklər:
- Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi
- SQL və PL/SQL skriptlərinin, funksiyalarının yazılması və test edilməsi
- BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi
- Hesabatların tərtib edilməsi üçün məlumat bazasının arxitekturasının yaradılması
- Məlumatların periodik yüklənməsi üçün JOB, Trigger, prosedur və funksiyalarının yaradılması və işinə nəzarət etmək
- Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi
- Məlumatların keyfiyyətli emalına nəzarət etmək, məlumatların təmizlənməsi və ETL fəaliyyətlərinin yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- SQL və PL/SQL üzrə biliklər
- Oracle BI üzrə təcrübə
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
- Təşəbbüskar olmalı
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Nemətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə (https://www.bankofbaku.com/post/pl-sql-developer) onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində BI Developer qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.