Daxili audit

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 13.10.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə dair tələblər: 

  • Təhsil tələbi: Ali iqtisadi və ya hüquqi təhsil
  • Staj tələbi: müvafiq ixtisas üzrə azı 3 illik iş stajı

Bilik və təcrübəyə dair tələb:

  • Dil bilikləri: Azərbaycan, Rus və inglis dillərində yüksək biliklər
  • Kompüter bilikləri: MS Office (orta), kömpüter və ofis texnikasından istifadə
  • Riyazi və məntiqi biliklər

Bacarıq və qabiliyyətlər:

  • Detallara diqqət və dəqiqlik
  • Ünsiyyət qurma bacarığı
  • Məsuliyyət
  • Yüksək peşə hazırlığına və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq
  • Mühasibat proqramlarında və elektron cədvəllərdə işləmə bacarığı
  • Təşkilatçılıq və vaxta qənaət etmə bacarığı
  • Riski qiymətləndirmək və həll yollarının tapılması bacarığı
  • Mükəmməl hesabat bacarıqları
  • Obyektiv düşünmək bacarığı

Əsas vəzifə və öhdəliklər:

  • İllik Daxili Audit planının tərtib edilməsi və həyata keçirilməsi.
  • Planlaşdırılan illik auditə ümumi nəzarət edilməsi.
  • Şirkətin fəaliyyətinə dair xüsusi qanun və başqa qaydalara əməl olunmasının təftişi və auditi;
  • Şirkətin audit siyasətinin və strategiyasının müəyyənləşdirilməsində iştirak
  • Əhəmiyyətli biznes riski olan sahələrin müəyyənləşdirilməsi və qiymətləndirilməsi.
  • Şirkətin funksional struktur bölmələrinin hərtərəfli auditinin aparılması;
  • Şirkətin bütün strukturları üzrə onların əsasnamə funksiyalarına uyğunluğunun, işçilərin vəzifə təlimatlarının icrasının təftişinin və auditinin aparılması;
  • Normativ-hüquqi aktların və şirkətdaxili qaydaların icrasinin vəziyyətinin təftişinin və auditinin aparılması;
  • Nəzarətin effektiv tətbiqi və monitorinqi vasitəsilə bütün biznes və maliyyə risklərini müəyyən edilməsi və azaldılması.
  • Şirkətin maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının auditinin aparılması;
  • Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi;
  • Xarici auditlə birgə işin təşkil edilməsi, auditin nəticə və tövsiyələrinin həyata keçirilməsi.
  •  Daxili auditor daxili audit zamanı şirkətin normal fəaliyyətinə mane olmamalı, fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməməli və məxfilik prinsipinə əməl etməlidir.
  • DAX fəaliyyətlərinin Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi
  • DAX-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;
  • Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması;
  • Risk qiymətləndirməsinin əsasda auditin icrası;
  • DAX planının yekunlaşdırılması və Sahibkar tərəfindən təsdiqinə nail olmaq;
  • Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Sahibkarın diqqətinə çatdırılması;
  • Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;
  • Bütün DAX yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;
  • DAX-nın fəaliyyəti haqqında mütəmadi şəkildə Sahibkarı məruzə edilməsi və məlumatın çatdırılması;
  • DAX tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;

İş şəraiti:

  • İş saatları –  09:00 - 18:00
  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: 1000 AZN

Maraqlanan şəxslər öz CV formalarını məktubun mövzu bölməsində “Daxili audit” qeyd etməklə göndərə bilərlər. 

Email: 

[email protected]

 

İşəgötürənin reytinqi