Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 26.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası);
  • İş təcrübəsi: Qida zəncirinə daxil olan məhsulların keyfiyyətinə və qida təhlükəsizliyinə nəzarət sahəsində ən azı 2 il təcrübə;
  • MS Office proqramları; 
  • Dil bilikləri:Azərbaycan dili əla (ingilis dili üstünlükdür);
  • Texniki/Funksional bacarıqlar: İSO 9001, İSO 22000 və digər tələb olunan Beynəlxalq standartlar üzrə nəzəri biliklərə və sertifikatlara sahib olmalı. Müvafiq Beynəlxalq Standartlar üzrə daxili auditor sertifikatına sahib olmaq;
  • Ünsiyyətcil, operativ,təşəbbüskar,komanda ruhlu və işin düzgün planlanması.

Vəzifə öhdəlikləri:

  • Anbarlara qəbul edilən qida və qeyri qida məhsullarının giriş nəzarətini həyata keçirmək; nümunələr götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək,laborator analizin aparılması üçün ( plana uyğun) nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;
  • Keyfiyyət və təhlükəsizlik planına uyğun anbarın yoxlanılmasını həyata keçirmək, müvafiq qeydləri aparmaq;
  • Qəbul edilən məhsulların və onların markalamasının müşayətedici keyfiyyət sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Məhsulların düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət etmək;
  • Yararsız məhsul aşkar edildikdə aklaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək;
  • Aparılan dezinfeksiya, dezinseksiya və deratizasiya işinə nəzarət etmək;
  • İadə prosesinə periodik olaraq nəzarət etmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Məhsulların Qəbulu, Saxlanılması və Utilizasiyası Nəzarət Mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

Email:  [email protected]  

İşəgötürənin reytinqi