Tələb planlama şöbə müdiri

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Aylıq satış və əməliyyatların planlaşdırılması prosesinə rəhbərlik etmək və idarə etmək 
  • 6 bölməli diaqramda strukturlaşdırılmış şəkildə Tələb proqnozunu təqdim etmək 
  • Şirkətin məqsədlərinə nail olmaq və həyata keçirmək üçün boşluqların aradan qaldırılması mədəniyyətini stimullaşdırmaq
  • Marketinq, Kommersiya və təchizatın planlaşdırılması şöbələri ilə yaxından əməkdaşlıq etmək 
  • Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək 
  • ABC XYZ təhlillərinə əsasən məhsul ehtiyatı portfelini kateqoriyalara görə optimal şəkildə saxlamaq 
  • Prioritetləri müəyyənləşdirmək və proqnoz dəyərini artırmaq 
  • Etibarlı tələb proqnozu yaratma prosesini təmin etmək: uzun müddətli 18 ay, orta müddətli 4-6 ay və qısa müddətli 20 həftə
  • Ssenarinin planlaşdırılmasına dəstək vermək 
  • Əldə olunan nəticələri yerli əlaqələndirici şəxslər ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək 
  • Yerli proseslərini, mədəniyyətini və tələblərini başa düşmək üçün təyin edilmiş bazarlarda əsas əlaqələndirici şəxslərlə ilə komandaya əsaslanan münasibətləri saxlamaq və təkmilləşdirmək. 
  • Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək 
  • Təyin edilmiş bazarlar ilə əlaqəli kommunikasiya, proseslər, nəticələr və işləmə üsullarının davamlı təkmilləşdirilməsinə səy göstərmək 
  • Tələbin planlaşdırılması imkanları barədə təlimlərin keçirilməsi və onların təkmilləşdirilməsini təmin etmək.
  • Təchizat Zənciri və Tələbin planlaşdırılmasının rəqəmsallaşdırılması layihələrinə rəhbərlik etmək 

Vəzifə tələbləri:

  • Təchizat Zəncirinin idarə olunması ilə əlaqəli Biznes idarəçiliyi üzrə Universitet dərəcəsi və ya ticari təhsil üzrə dərəcə 
  • Müvafiq vəzifədə minimum 5 il təcrübə 
  • Güclü liderlik, analitik və problem həll etmə bacarıqları 
  • Çox yaxşı ünsiyyət bacarıqları və beynəlxalq, dinamik mühitdə müxtəlif iş yükünə çevik reaksiya vermək qabiliyyətinin olması
  • Qabaqcıl planlaşdırma sistemindən istifadə sahəsində təcrübə üstünlükdür 
  • MS Office üzrə güclü biliklər, MS Excel üzrə geniş bacarıqlar(Pivot tables/Charts/Sum/Count/IF/Vlookup)
  • Müsbət təfəkkür, yenilikçi düşüncə və qətiyyətlilik olması
  • Çox məsuliyyətli müstəqil iş davranışı və davamlı inkişaf təfəkkürü
  • Azərbaycan / ingilis / rus dillərində səlis danışıq qabiliyyəti 

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama şöbə müdiri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.  

Email: [email protected] 

İşəgötürənin reytinqi