Dizayner

İşin təsviri

 

 “Zaferoğlu Inşaat”-ın əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət yarandığı gündən bu günədək çox sayda müxtəlif istiqamətli təmir dizayn işlərinin sifarişini qəbul etmiş, işləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Böyük təcrübə, yeni texnologiya və peşəkar heyət imkan verir ki, şirkətimiz qəbul etdiyi sifarişləri yüksək keyfiyyətlə və zəmanətlə təhvil versin. Fəaliyyətimiz boyunca əldə etdiyimiz nəticələr qiymətləndirici şirkətlər tərəfindən yüksək səviyyədə qiymətləndirilmişdir.

İş barədə məlumat

- Müxtəlif layihələrin dizayner proqramlarında hazırlanması
- Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Şirkətin mənafeyini qorumaq
- İş qrafiki: həftənin 6 günü, saat 08:00-17:00

Namizədə tələblər

- Kompüter bilikləri: Auto Cad, Archi Cad ve 3D Max və digər dizayner proqramları - əla səviyyədə
- Tapşırığı vaxtında yerinə yetirmək və yaradıcı həllər tapmaq bacarığı
- Məsuliyyətli, kreativ, punktual olmalı
- əmək haqqi artandır

 Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində “Dizayner” və portfolionu əlavə etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur 055 289 62 07 Sevinc x

Zaferoğlu İnşaat tərəfindən digər vakansiyalar