İR Əməkhaqqı üzrə Mütəxəssis

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

Vəzifə funksiyaları: 

  • Şirkət əməkdaşlarının aylıq əməkhaqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını təmin etmək və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək
  • İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək
  • Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək
  • Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq
  • Əməkhaqqı kartlarının işçilərə təhvil verilməsinə nəzarət etmək
  • Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurmaq və dəyişikliklərin edilməsini həyata keçirmək
  • Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
  • İş proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və bu proseslərin reallaşdırılmasında iştirak etmək
  • Şirkət strukturlarının əmək haqqı təlimatlarının hazırlanmasını təmin etmək
  • Kadr büdcələrinin formalaşdırılmasında və illik planın hazırlanmasında iştirak etmək
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Vəzifə tələbləri:

  • Ali təhsil  
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi 
  • Azərbaycan dil bilikləri
  • Yüksək səviyyədə MS Office biliyi
  • SAP və Bənzər ERP proqaramlarından istifadəetmə bacarığı
  • Güclü analitik və problem həll etmə bacarığı
  • Yüksək səviyyədə kommunikasiya bacarığı (şifahi və yazılı) 

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: 

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İR Əməkhaqqı üzrə Mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.   

Email:  [email protected]

İşəgötürənin reytinqi