Memar

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 28.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İnşaat və memarlıq sahəsində ali təhsili olmalı;
  • Müvafiq sahəyə uyğun ən azı 3 il iş təcrübəsinə sahib olmalı;
  • Azərbaycan Respublikası Şəhərsalma, Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarından istifadə “СНиП” -lə işləmə bacarığı;
  • Baş plan işindən anlayışı olmalı:
  • AutoCAD, 3ds Max - Vrey render, Artlantis,, Revit, Archicad, Photoshop, CorelDroaw və s. memarlıq proqramları ilə işləyə bilmə bacarığı olmalıdır.

İş haqqında məlumat:

  • Bakı şəhəri ərazisində, rayon və bölgələrə lazım olduqda, gedib sərbəst ölçü işləri aparmalı;
  • Memarlıq planlaşdırma həlli, memarlıq işçi layihələrinin, dizayn işlərinin detal və düyünlərinin hazırlanması;
  • Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və təhvil verilməsi.
  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirilməsini;
  • Obyektlərin müəyyən olunmuş vaxtda istismara verilməsində, tikinti-quraşdırma və qoşulma işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə işlənməsini;
  • Layihə üzrə işlərin yerinə yetirilməsində istehsal tapşırıqlarında dəqiqliyin təmin olunmasını;
  • Tikinti-quraşdırma işlərində hesablamaların tərtib edilməsinə, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarinin təyin edilməsinə köməklik edilməsi;
  • Layihələrin memarlıq hissələrində (bölmələrinin) işlənib hazırlanmasında iştirak edən dizayner və texniklər arasında iş bölgüsü aparır, onların işini əlaqələndirilməsini.
  • Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi

İş şərtləri:  İş qrafiki: həftə içi 5 gün

İş yeri: Bakı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Memar” qeyd edib göndərə bilər və ya hr.azersun.com ünvanından  qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi