Təlim və tədris şöbəsinə təcrübəçi

  • Vision Academy
  • Elanın qoyulma tarixi: 28.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Tələbələrin davamiyyətinə və imtahanına nəzarət;
  • Word və Excel proqramlarında hesabatların hazırlamaq;
  • Kursun mentoruna yardım etmək və tələbələrlə sıx əlaqədə olmaq;
  • Qrupların açılmasına və müqavilələrin hazırlamasına kömək etmək;
  • Təcrübə proqramı ilə əlaqəli verilən tapşırıqları yerinə yetirmək;
  • Digər komanda yoldaşları ilə proaktiv şəkildə işləmək.

Tələblər:

  • Universiteti yeni bitirmiş məzunlar və ya 3-cü, 4-cü kurs tələbələri;
  • Azərbaycan dilini (həm yazılı, həm də şifahi) yüksək səviyyədə bilməlidir;
  • İngilis dilinin bilməsi arzuolunandır;
  • Word, Excel proqramları və məlumat bazalarında işləməyi bacarmalıdır;
  • Müraciət etdiyi şöbənin işi ilə bağlı mövzuları anlamalıdır;
  • Ona həvalə edilən tapşırıqları icra etməli və təşəbbüskar olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları olmalıdır;
  • Komandada işləmək və həmkarları ilə münasibətlər qurmağı bacarmalıdır.

Qeyd 1: Təcrübə proqramı 3 ay davam edəcək. Yol pulu qarşılanacaq. Eyni zamanda sertifkatla təmin olunacaqlar. Namizəd müraciət etdiyi təcrübə proqramı ilə əlaqəli praktik biliklər əldə edəcək. Təcrübə proqramını uğurla başa vuran namizəd işlə təmin olunacaq.  

Qeyd 2: CV-də bakalavr balı və universitet ortalaması yüksək olan tələbə və məzunlara üstünlük veriləcək.

Qeyd 3: Təcrübə proqramına müraciət edən namizədlərin aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçmələri mütləqdir: https://docs.google.com/forms/d/e/1FAIpQLSdajBUlk-ADWQh-6fTKSI3fauj2CJmnPDvigpX5vP-T4HI87A/viewform

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim və tədris şöbəsinə təcrübəçi” başlığı ilə elektron poçtuna göndərə bilərlər.