Layihə meneceri

İşin təsviri

İş barədə qısa məlumat:

  • Brendbuka, pərakəndə satış məntəqələrinin optimal istifadəsinə və aptek müəssisələrinə tətbiq olunan qaydalara riayət edərək AutoCad proqramında çertyojlar üzərində iş aparır, detallarda dəyişiklik və ya əlavələr edir;
  • Bütün Layihələrin BOQ prosesini hazırlayır; 
  • Müştəri, aptekin yerləşəcəyi sahənin sahibi, subpodratçılar və təchizatçılar arasında koordinasiya yaradır. Subpodratçılar, təchizatçılar və müxtəlif layihə iştirakçıları ilə qiymətlərin razılaşdırılmasını təmin edir; 
  • Sahədə tamamlanan işlərə əsasən subpodratçılardan gələn hesab-fakturaların yoxlanılmasını həyata keçirir;
  • Müəyyən edilmiş sahə üzrə əvvəlcədən mənbələrin araşdırılması və təşkil edilməsini təmin edir;
  • Sahədə tamamlanan işlərin keyfiyyətini və çertyoja uyğun olmasına nəzarəti həyata keçirir. Sahədə qayda və prosedurları tətbiq edir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən sahələrə şəxsən nəzarət edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil:  Ali/Bakalavr 
  • İş təcrübəsi: İnşaat sahəsi üzrə 3 ildən çox iş təcrübəsi.
  • Dil bilikləri:
  • Azərbaycan və Rus dilləri – mükəmməl.
  • İngilis dili – arzuolunandır.
  • Peşə bacarıqları:
  • Kommersiya danışıqları aparmaq bacarıqları
  • Planlaşdırma bacarığı
  • Məntiqi yanaşma
  • Detallara diqqət
  • Kompwter bilikləri:  MS office, AutoCAD

Əmək haqqı iş təcrübəsi və peşəkar keyfiyyətlərinə əsasən müəyyən olunacaqdır. 

Maraqlananlar CV-lərini elektron ünvanına 20.10.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Layihə meneceri” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Email: [email protected]  

İşəgötürənin reytinqi