Ehtiyat hissələri üzrə mütəxəssis

  • AMET Services
  • Elanın qoyulma tarixi: 22.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında:

  • Elektron kataloqdan ehtiyat hissələrinin seçilməsi və sifarişi,təchizat şöbəsinə sorğunun göndərilməsi
  • Ehtiyat hissələri anbarı ilə işləmək,
  • İdarəetmə üçün hesabatların hazırlanması,
  • Tikinti və anbar avadanlıqlar üzrə texniki biliyi və prioritetləşdirmə,
  • Ehtiyat hissələri stokunun hazırlanması,;
  • Ehtiyyat hissələri üzrə sifarişlərin hazırlanması
  • Ehtiyat hissələrin tam uyğunluğunun təyin olunması üçün texniki şöbə ilə sıx əməkdaşlığın aparılması
  • Ehtiyat hissələri üzrə analizlərin hazırlanması
  • Təchizat tərəfindən təqdim olunmuş ehtiyat hissələrinin keyfiyyət performansının texniki şöbə ilə analizi
  • Emalatxanadan gələn sorğuya əsasən elektron kataloq vasitəsi ilə ehtiyat hissələrinin təyin edilməsi və təchizat şöbəsinə yönləndirilməsi.
  • Təmir, tikinti texnikaların və anbar avadanlıqlarının istismar xərclərinin hesablanması
  • Təmir, tikinti texnikaların və anbar avadanlıqlarının cari gündə və gələcəkdə ehtiyac olunacaq hissələrin təyin edilməsi, anbar qalığının yaradılması
  • Şirkət üçün lazım olan mal-material, ehtiyat hissələrinə part nömrələrin yaradılması və sistemə əlavə edilməsi
  • Rəhbərlik üçün hesabatların hazırlanması

Tələblər:

  • Orta təhsil, ali təhsil arzuolunandır;
  • Yaş həddi 22-35;
  • Müvafiq vəzifə üzrə 1 ildən çox iş təcrübəsi;
  • Texniki riyazi biliklər
  • İnternet resurslarından aktiv istifadə etmək bacarığı
  • Orta səviyyədə Excell bilikləri,
  • Xarici dil bilikləri: Texniki ingilis dili yaxşı səviyyədə;
  • Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları;
  • Detallara qarşı diqqətlilik, intizamlı və məsuliyyətli olmaq;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Analitik düşünmək və yaradıcı təkliflər vermək.

Əsas təminatlar:

  • Aylıq mobil rabitə limiti ilə təmin olunur,
  • Tibbi sığorta ilə təmin olunur.
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün servis avtobusları fəaliyyət göstərir. 

Uyğun namizədlər mövzu bölümündə “Ehtiyat hissələri üzrə mütəxəssis” yazaraq CV-lərinizi pdf formatda e-mail ünvanına göndərə bilərlər.

İş yeri: Bakı şəh., Qaradağ rayonu, Şıx qəsəbəsi, Salyan şossesi 12-ci km.

İş rejimi və vaxtı: 5 günlük 8:30-17:00

Əmək haqqı : 700-800 AZN

Email: [email protected]