Çilingər

  • Təmizqaz QSC
  • Elanın qoyulma tarixi: 22.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • İstehsalatda alət və avadanlıqlar vasitəsilə kəsmə və əymə əməliyyatlarını həyata keçirməlidir
  • Avadanlıqların təhlükəsiz istifadə olunması üçün zəruri tədbirlər görməlidir
  • Borunun kəsilməsi zamanı tələb olunan ölçülərə dəqiq əməl etməlidir, itkilərin minimal həddə olmasını təmin etməlidir
  • Yerinə yetirilmiş işlərin keyfiyyətinə zəmanət verməlidir
  • Açıq və bağlı anbarlarda boruların, boru detalları və avadanlıqların ştabellərə yığılmasını həyata keçirməlidir
  • Alət və avadanlıqların qırılıb sıradan çıxmasına yol verməməlidir
  • Demontaj olunması tələb olunan boruları kəsib doğramalıdır və tələb edilən yerə təhvil verməlidir
  • V şəkilli uc-uca qaynaq işləri zamanı faskanın açılmasını yerinə yetirməlidir
  • Təzyiq altında olan xətlərdə təmir-bərpa işlərini yerinə yetirən zaman təhlükəsizlik tədbirlərinə tam əməl etməlidir

Namizədə qarşı tələblər:

  • Mövcud sahədə minimum 1 il işləməlidir
  • Çilingər alətlərindən istifadə etməyi bilməlidir
  • Fərdi mühafizə vasitələrindən istifadə etməyi bilməlidir
  • Boru əymə dəzgahında işləməyi bilməlidir
  • Məngənədən istifadə etməklə rezbaaçanla müxtəlif diametrli borular üzərində yivlərin açılması
  • Laqunda vasitəsilə boruların verilmiş ölçüdə kəsilməsi
  • Dəmir kəsən mişarla borunun kəsilməsi
  • Çəkilmiş qaz kəmərlərinin möhkəmliyə və kipliyə pnevmatik sınaq olunması üçün tələb olunan alət və avadanlıqlardan seçilməsi və istifadə olunmasıni bilməlidir
  • Borunun qaynaq olunmağa hazırlanmasının təmin edilməsi
  • Təmir-bərpa və quraşdırma işlərində texniki təhlükəsizlik qaydalarını bilməlidir.
  • İşə davamlı, kollektivdə özünü idarəetmə bacarığı, iş təşkilatçılığı, rəhbərlik xüsusiyyətləri;
  • Yaş: 25-40;
  • Cinsi: Kişi.

İş haqqında:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş yeri: Şəki şəhəri;
  • İş qrafiki: I-V günlər, tam iş vaxtı;
  • Həftədə 2 gün istirahət;
  • Əmək 450 AZN

Email: [email protected]