Kiber təhlükəsizlik üzrə mütəxəssis

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 22.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə və Öhdəli̇kləri̇:

  • İnformasiya təhlükəsizliyinə aid alətlərlərin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, kompüter sistemləri, veb tədbiqləri və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə boşluqların və təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatın hazırlanması;
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
  • Veb və Mobil tədbiqlərin, o cümlədən İT İnfrastruktur üzrə penetrasiya testlərin keçirilməsi; 
  • Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi;
  • Statik və Dinamik kod analiz prosesini daimi olaraq izləmək;  
  • Veb və mobil tədbiqləri üzərində kod incələnməsi apararaq boşluqları aşkarlamaq, təhlükəsiz kod yazılması üçün təkliflər vermək.

Bi̇li̇k və Bacarıqlar:

  • Ali təhsil: İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə;
  • İş təcrübəsi: İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilini əla, İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
  • Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlamaq və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olmaq;
  • Veb, mobil və infrastruktur üzrə “Penetrasiya testləri” sahəsində iş təcrübəsi; 
  • Müxtəlif proqramlaşdırma dillərində (Java, C#, Python, Javascript, React və.s) yazılmış Veb və mobil tədbiqlərin kod audit təcrübəsi;  
  • OWASP mobil və veb metodologiyası ilə geniş biliklərə sahib olmaq; 
  • WAF, Firewall, IDS/IPS, Active Directory, SIEM ilə geniş biliklərə sahib olmaq; 
  • Analitik düşüncə və stressə dözümlü olmaq;
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Səbrli və soyuqqanlı olmaq.

Son müraciət tarixi: 14 Oktyabr

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Email: [email protected]

İşəgötürənin reytinqi