Kredit idarəsinin Monitorinq şöbəsinin mütəxəssisi

  • Xalq Bank
  • Elanın qoyulma tarixi: 25.02.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

Vəzifə: Kredit idarəsinin Monitorinq şöbəsinin mütəxəssisi

Əmək haqqı: 1210 AZN

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (Maliyyə, İqtisad, Menecment və Bank işi arzuolunandır);
• Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dilində səlis, mükəmməl danışıq qabiliyyəti (Rus dili və İngilis dili bilənlərə üstünlük veriləcək)
• Kompüter bilikləri: Microsoft Office 2007 (Xüsusi ilə yüksək səviyyədə Excel), Microsoft Windows 7;
• Stressə davamlılıq;
• Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Borcalanlar tərəfindən kreditin təyinatına uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
• Kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün riskləri öncədən müəyyən etmək məqsədi ilə borcalanların ödəmə qabiliyyətini təhlil etmək;
• Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və  likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq;
• Kredit portfelinin vəziyyətini və dinamikasını müntəzəm olaraq təhlil etmək;
• Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Filiallar tərəfindən təyin edilmiş limitlərə riayət olunmasına nəzarət etmək;
• Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi - maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
• Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək, zərurət olduqda təkrar monitorinq aparmaq;
• Kredit portfelinin keyfiyyətli idarə olunması məqsədilə yeni mexanizm və texnologiyaların tətbiq olunması üçün  təkliflər vermək.

Əlaqə üçün şəxs: Faiq Ağamoğlanov

E - mail :  [email protected]
Telefon: (012) 404 43 43
Faks:  (012) 404 43 34

 Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

İşəgötürənin reytinqi