İbtidai və tam orta təhsil fənləri üzrə müəllimlər

İşin təsviri

 

Avropa Azərbaycan Məktəbi

İbtidai və tam orta təhsil fənləri üzrə müəllimləri müsabiqə yolu ilə işə qəbul edir.
Məktəbdə təlim Azərbaycan dilindədir.

İxtisas tələbləri:

- Ali pedaqoji təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcəkdir);
- MS Office və Excel proqram paketlərindən istifadə bacarıqları;
- İnteraktiv təlim metodlarından istifadə bacarıqları;

Müsabiqədə iştirak etmək istəyənlər cari il martın 5-dək [email protected] ünvanına göndərə bilər.

Sənəddə aşağıdakı məlumatların əks olunması mütləqdir:

- Soyadı, adı, atasının adı;
- Doğum tarixi;
- Təhsili  haqqında bütün məlumatlar;
- Əmək fəaliyyəti barədə bütün məlumatlar;

 Birinci mərhələdə təqdim olunmuş sənədlərin tələblərə uyğunluğu araşdırılacaqdır. Pedaqoji stajı 2 ildən az olan iddiaçılara  müsabiqədə iştirak icazəsi xüsusi müsahibədən uğurla keçdikdən sonra veriləcəkdir. 

 İkinci mərhələdə müsabiqə iştirakçılarının aşağıdakı  sahələr üzrə bilik və kompetensiyaları araşdırılacaqdır:
 

- Tədris etdiyi fənn, ingilis və rus dilləri üzrə hazırlıq səviyyəsi (testləşdirmə);
- Psixoloji-pedaqoji  keyfiyyətlər (testləşdirmə);
- Kompüter bacarıqları (praktik tapşırığın icrası);
 

Üçüncü mərhələdə iddiaçılar pedaqoji esse yazacaq.

 Dördüncü mərhələyə keçmiş namizədlər Məktəbdə 45 dəqiqəlik  dərs nümayiş etdirməklə, onların müasir təlim metodları və texnologiyaları üzrə bacarıqları araşdırılacaq.

 

İşəgötürənin reytinqi