Müştəri Xidmətləri üzrə Menecer

  • Embawood
  • Elanın qoyulma tarixi: 24.02.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

 
1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 15 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
 Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
 Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir. 
 Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

Bakı, Azərbaycan

Müştəri Xidmətləri üzrə Menecer

5 günlük / saat 09:00 – 18:00

- Şirkət və müştəri münasibətlərinin müsbət inkişafının təmin edilməsi;
- Müştəri xidmətlərinə gələn informasiyaları analiz etmək və problemləri araşdıraraq uyğun olan təşkilatlara göndərmək;
- Nəqliyyatın vəziyyəti haqqında gecikmələri izləmək və hesabat hazırlamaq;
- Montajçıların müştəridə iş görmə vəziyyətini izləmək və hesabat hazırlamaq;
- Satışdan sonra xidmət (SSX) fəaliyyətinin dəstəklənməsi;
- Müştəri fəallığı və məmnuniyyəti haqqında hesabatların hazırlanması.

- Ali təhsil;
- 2 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- "MS Office"-də işləmə bacarığı;
- İdarəetmə qabiliyyəti;
- Qrupla işləmə bacarığı;
- Özünü təqdim etmə və uğurlu ünsiyyət qurma bacarığı;
- Ezamiyyətə getmək.

25-35 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ”Müştəri Xidmətləri üzrə Menecer“ qeyd edib bu ünvana göndərəsiniz  [email protected]

 

İşəgötürənin reytinqi