Satış nümayəndəsi

  • Proffline
  • Elanın qoyulma tarixi: 12.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Avropa istehsalı kimyəvi yuyucu vasitələr və təmizlik texnikalarının tanıtımını və aktiv satışını həyata keçirmək;
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, təyin edilmiş hədəflərə çatmaq;
  • Müştərilərlə düzgün ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verməsi;
  • Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
  • Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
  • Satışın stimullaşdırılması üçün təkliflər vermək;
  • Potensial müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə yaratmaq;
  • Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Əmək haqqı :500 AZN+bonus;

Namizədə tələblər:

  • Şəxsi avtomobil mütləq olmalıdır;
  • Sürücülük vəsiqəsi;
  • Ali təhsil;
  • Yaş həddi 22-35 arası;
  • Rus dili bilməsi mütləqdir;
  • Komandada və stres altında işləmək bacarığı;
  • Microsoft Office (xüsusən Word, Excel və Outlook) proqramlarında işləmək bacarığı;
  • Ünsiyyətcil və inandırma bacarığı;
  • Öz üzərində işləyən, inkişafa meyilli;
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Satış analizini aparmaq bacarığı;
  • Vaxtın səmərəli idarə olunması bacarığı;
  • Bakı şəhərində qeydiyyatda olmalı;
  • Satış  sahəsində təcrübə;

İş qrafiki:

  • 6 günlük iş qrafiki (6-cı gün 09:00-14:00) 
  • 8 saatlıq iş qrafiki

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur

Email: [email protected]