Anestezioloq-reanimatoloq

  • MediClub
  • Elanın qoyulma tarixi: 08.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Həkim- anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
  • Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
  • Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir;
  • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir və s.

Bilməlidir:

  • Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını;
  •  Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
  • Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını;
  • Öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri; 
  • Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.

Vəzifəyə qoyulan tələblər:

  • Ali təhsil; 
  • Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
  • Dil bilikləri : Azərbaycan dili, Rus dili, İngilis dili;
  • İxtisas üzrə azı 3 il iş təcrübəsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
  • Növbəli iş rejimi ;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1500-3000 Azn arası təyin edilir. 

Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini elektron ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi