MediClub


MediClub 1998-ci ildə təsis edilmiş, Azərbaycanın ilk milli özəl tibb şirkətidir.
20 ildən artıq müddət ərzində MediClub öz pasiyentlərinə və partnyorlarına qayğı ilə yanaşan, onları beynəlxalq standartlara uyğun olan yüksək səviyyəli peşəkar tibbi xidmətlər ilə təmin edən şirkət mövqeyini qoruyub saxlamaqdadır.

Şirkətin fəaliyyəti ilk günlərdən çoxprofilli tibbi xidmətin inkişafına yönəldilib, xüsusi əhəmiyyət təcili tibbi yardım, pediatriya, sənaye təbabəti, stomatologiya və stasionar müalicə sahələrinə verilib.

1999-cu ildən başlayaraq, MediClub dəfələrlə yerli və xarici şirkətlər tərəfindən Azərbaycanda və Gürcüstanda tibbi xidmətin göstərilməsi sahəsində elan edilən çoxsaylı tenderlərin qalibi olmuşdur.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?