İşin təsviri
                
                
                                
                Əsas vəzifə və öhdəliklər:
	- Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin qısamüddətli və uzunmüddətli strategiyasının hazırlanması;
 
	- Şirkətin uğurlu inkişafı üçün marketinq siyasətini qurub həyata keçirilməsi;
 
	- Analitik təhlillərin aparılması,proqnozların verilməsi,strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
 
	- Marketinq kampaniyalarının, aksiyaların və tədbirlərin keçirilməsi istiqamətində illik və aylıq fəaliyyət planların hazırlanması, resursların müəyyənləşdirilməsi;
 
	- Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
 
	- Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaların aparılması;
 
	- Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflərin hazırlanması;
 
	- Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi;
 
	- ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
 
	- PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət;
 
	- Məhsul və xidmətlərə qiymət təyin olunması prosesində iştirak etməsi;
 
	- Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası;
 
	- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi;
 
	- Şirkətlə bağlı yayılan və dərc olunan məlumatları,“press reliz”ləri, KİV və sosial medianı daim nəzarətdə saxlanması.
 
Namizədə aid tələblər:
	- 30-45 yaş arasında;
 
	- Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi  sahəsində təhsil arzu olunandır);
 
	- Fundamental Marketing və Digital marketing üzrə bilikləri; 
 
	- 3 ildən çox marketinq  sahəsində təcrübə olması;
 
	- Səlis azərbaycan və rus dili bilikləri;
 
	- Kreativ layihələrin reallaşdırılması təcrübəsi;
 
	- MS Office proqramlarını sərbəst səviyyədə bilməsi mütləqdir, 
 
	- Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları;
 
	- Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər;
 
	- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.
 
İş şəraiti:
	- Həftədə 5  iş günü, 2 gün istirahət;
 
	- Əmək haqqı: Bilik və bacarıq əsasında təyin olunur. 
 
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Marketinq üzrə menecer” qeyd edərək e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Email: [email protected]