İşin təsviri
                
                
                                
                .Sizə nə təklif edirik?
	- Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
 
	- Yüksək komanda ruhunda əməkdaşlıq;
 
	- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
 
	- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
 
	- Anbar, nəqliyyat, yükdaşımalar, daxili və beynəlxalq yükdaşıma proseslərinin məlumat bazası ilə işləmək imkanları; 
 
	- Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
 
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
	- Ali təhsil (logistika, maliyyə, analitik təhlil sahələrində);
 
	- Azərbaycan dili əla səviyyədə, İngilis dili yüksək səviyyədə, Rus dili arzuolunandır;
 
	- MS Offise proqramlarında, xüsusilə Excel (pivot table), Power BI –də yüksək səviyyədə iş bacarığı;
 
	- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
 
	- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
 
	- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
 
	- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
 
	- Yüksək araşdırma və tədqiqat bacarığı;
 
	- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
 
	- Məntiqi təfəkkür və analitik təhlil bacarığı;
 
	- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
 
	- Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
 
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
	- Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
 
	- Məlumatların təhlili və hesabatların hazırlanması;
 
	- Logistika sahəsində istifadə edilən xüsusi proqramlarla işləməyi öyrənmək;
 
	- PR və promo aksiyalarda iştirak;
 
	- Görüş və təqdimatların təşkili, iştirak;
 
	- Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması;
 
	- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsi;
 
	- Yükdaşıma əməliyyatları ilə bağlı analitik təhlilin təmini;
 
	- Anbar əməliyyatları ilə bağlı analitik təhlilin təmini;
 
	- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
 
Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə  əldə etmək istəyirsinizsə CV-nizi 30 sentyabr 2022-ci il tarixinədək, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur
Email: [email protected]