Müəllim-kitabxanaçı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəllim-kitabxanaçıdan IB koordinatorunun göstərişi əsasında sinif paralelləri üzrə komanda ilə əməkdaşlıq edərək IB araşdırma bölmələrini yaratmaq və həyata keçirmək tələb olunur.
  • Avtomatlaşdırılmış kataloq və yayım sisteminin yaradılması və texniki idarə edilməsinə rəhbərlik edir.
  • Cari və balanslaşdırılmış kitabxana külliyatının toplanmasını təmin etmək üçün rus və Azərbaycan dillərində yeni resursların seçilməsi, alınması və yerləşdirilməsi prosesini həyata keçirir.
  • Kitabxana materiallarının çeşidlənməsi, kataloqa salınması və dövriyyəsini həyata keçirir, şagird və heyətin kitabxana sistemindən istifadəsi üçün onları istiqamətləndirir.
  • On-line resurslardan istifadə və kitabxanalararası abunələr etməklə məlumatın əldə edilməsini genişləndirir.
  • Kurrikulumun hazırlanmasında iştirak edir.
  • Yayım və kolleksiyalar haqda qeydiyyat aparır və ehtiyac olduqda, bu barədə hesabatları təqdim edir.
  • Kitabxana külliyatının daimi olaraq inventarizasiyasına rəhbərlik edir, müntəzəm olaraq istifadədən çıxmış və korlanmış materiallara nəzarət edir və kolleksiyaların kataloqlarını yeniləyir. 
  • Qruplar (böyük və kiçik) və fərdi şəxslərin kitabxanadan səmərəli istifadəsini təmin etmək üçün məktəb heyəti ilə birlikdə cədvəl işləyib hazırlayır.
  • Təlimin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi məqsədi ilə sinif müəllimlərilə əməkdaşlıq edir.
  • Məlumatın əldə edilməsi, araşdırma strategiyaları, resurslardan və avadanlıqdan istifadə üzrə qrup və fərdi təlimatlandırmanı təmin edir.
  • Nağıl danışma, kitab nəql etmə, displey, nəşrlər, oxu proqramları kimi fəaliyyətlər və xüsusi tədbirlər vasitəsi ilə oxu və kitabxanadan istifadəni təbliğ edir.
  • Bütün şagirdlərə mənbəninin axtarılması və oxucu məsləhət xidmətlərini göstərir.
  • Davamlı olaraq konfranslarda iştirak etmək və davamlı təhsil imkanlarından istifadə etməklə təlim vermək və kitabxana ilə bağlı peşəkar bacarıqlarını inkişaf etdirir.
  • Direktor tərəfindən tələb olunan digər öhdəlikləri yerinə yetirir.

Tələblər:

  • Kitabxa sahəsində ali təhsil;
  • ingilis dilini müəmməl səviyyədə bilmək;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
  • Komandada işləmək, təqdimatlar etmək və təhlil etmək bacarığı;

Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini göndərə bilər.