İşin təsviri
Vəzifə öhdəlikləri:
- Daxil olunan sifarişlər üzrə bütün növ müqavilələrin hazırlanmasınını təmin etmək;
- Müqavilələrin bağlanması prosesində iştirak, bununla bağlı zəruri sənədlərin toplanması və hazırlanmasını təmin etmək;
- Müqavilə şablonlarının hazırlanmasını təmin etmək;
- Müqaviləyə əlavə və dəyişikliklərin edilməsinə dair müxtəlif sazişləri tərtib etmək;
- Müqavilələrin xitamı ilə bağlı müvafiq prosedurların icrası və sazişlərin layihələrinin hazırlanması;
- Müqavilə tərəfləri arasında mübahisələrin yaranması zamanı danışıqların aparılması, bütün görüşlərdə iştirak, pretenziyaların və ya reklamasiya aktlarının hazırlanması;
- Müqavilələr üzrə digər şöbələrə hüquqi məsləhətlərin verilməsi və ya daxil olan müqavilələrlə bağlı hüquqi rəy verilməsi;
- Müqavilələrin və Müqavilələrə aid olan bütün növ sənədlərin (Əlavələr, Razılaşma protokollar, Təhvil-Təslim Aktları və s.) elektron vəziyyətdə arxivləşməsi və əslilərinin xronoloji vəziyyətdə kağiz formatda saxlanması, mühafizəsi, müqavilələrin reyestrinin aparılması.
Tələblər:
- Ali təhsil (Hüquq üzrə);
- Qeyd edilən vəzifədə ən azı 1 il iş təcrübəsi;
- Mülki (həmçinin prosessual), inzibati, cinayət, icra haqqında, daşınmaz əmlak, o cümlədən topraq haqqında qanunverciliyi bilmək;
- Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
- Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı;
- MS Office (Word, Excel);
- İngilis və rus dili arzu olunandır;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
https://hr.mktcotton.com/job/muqavileler-uzre-mutexessis-sumqayit-gilan-tekstil-park?ref=jobsearch.az