Qəza komissarı – 500 AZN
Öhdəliklər:
- Sığortalının müraciəti əsasında hadisə yerinə çıxaraq ilkin araşdırma aparır, sığorta hadisəsinin xüsusiyyətini incələyir,
- Hadisə ilə bağlı foto və video çəkilişləri həyata keçirir,
- Sığorta hadisəsi barədə ilkin aktın tərtib olunmasını və mümkün olan sənədlərin toplanmasını təşkil edir,
- Lazım gələrsə sığortalıya ilkin tibbi yardım göstərir və sığorta obyektinin müvafiq qaydada yerləşdirilməsini təmin edir,
- Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşlarının, istintaq orqanı əməkdaşlarının və təcili yardım əməkdaşlarının çağırılmasını təmin edir,
- Ehtiyac olduqda hadisə tərəflərindən və şahidlərdən hadisə ilə bağlı yazılı və şifahi məlumat alır,
- Siğorta hadisəsi ilə əlaqədar sığortalıdan ərizə alır,
- Müəyyən edilmiş vaxtda və qaydada hesabatları hazırlayır və rəhbərliyə təqdim edir,
- Gündəlik işin nəticələrini təhlil еdir və s.
Tələblər:
- Ali təhsil (Texniki Universitet, Nəqliyyat fakültəsi)
- Qəza komissari kimi iş təcrübəsi arzuediləndir,
- Sürücülük vəsiqəsi,
- Avtomobil sahəsi üzrə yüksək səviyyədə texniki bilikləri olmalı,
- Sığorta xidmətləri növlərini və müxtəlif növ sığorta şərtlərini bilməli,
- Sığоrtа işinin nəzəriyyəsini bilməli,
- Sığorta bazarının konyukturunu bilməli,
- Qüvvədə olan tarif cədvəllərini bilməli,
- Sığorta qanunvericiliyinin əsaslarını, hеsаbаt fоrmаlаrını və hеsаbаt vеrmə müddətlərini bilməli,
- Gərgin iş qrafikində çalışmağı bacarmalı,
- İşgüzаr münаsibət еtikаsını bilməli və müаsir tехniki vаsitələrlədən istifadə etməyi bacarmalıdır.
CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması mütləqdir!