Android developer

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Yeni tətbiqlərin hazırlanması;
  • Mövcud tətbiqlərin inkişaf etdirmək;
  • Layihələrin planlanması, development’i, deploy edilməsi və fasiləsiz işləkliyinin təmin edilməsi;
  • Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
  • Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması prosesində iştirak;
  • Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;
  • Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
  • Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
  • Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
  • Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
  • Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);
  • İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 2 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dilləri dili (əla);
  • OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
  • Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;
  • Texniki bilik tələbləri: Java/Kotlin, REST, MVC, git
  • UI/UX proseslərinə diqqət bacarıqı;
  • Data strukturları biliyi və algoritmlər hazırlamaq bacarıqı;
  • Test yazma bacarığı.

Arzu olunan tələblər:

  • WebGL və HTML5 canvas bazlı grafika API'ları biliyi;
  • Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
  • Agile metodologiyaları biliyi;
  • CI/CD proseslərinin qurulması təcrübəsi;
  • Avtomatlaşdırılmış testlər yazma bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 sentyabr 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Android developer”şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://careers.abb-bank.az/

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən digər vakansiyalar