İşin təsviri
                
                
                                
                Vəzi̇fə və Məsuli̇yyətlər:
	- Göndəriş məlumatların düzgünlüyünü təmin etmək üçün təchizatçılar və müştərilərlə əlaqə yaratmaq;
 
	- Çatdırılmada səhvlərin və ya gecikmələrin nümunələrini müəyyən etmək üçün daşınmaların qeydlərini aparmaq;
 
	- Nəqliyyat şirkətləri və ya dəmir yolları kimi daşıyıcılarla koordinasiya edərək məhsulların vaxtında çatdırılmasını təmin etmək;
 
	- Lazımi qeydlərin aparılması, məlumatların daxil edilməsi və telefon zənglərinə cavab vermək kimi kargüzarlıq tapşırıqlarının yerinə yetirmək;
 
	- Məkandan səmərəli istifadəni təmin etmək üçün əsas və ya digər anbarların istifadəsini əlaqələndirməsini təmin etmək;
 
	- Əşyaların təhlükəsiz daşınmasını təmin etmək üçün yüklərin yük daşıma vasitələrinə yüklənməsinə və boşaldılmasına nəzarətdən keçirmək;
 
	- Gömrük bəyannamələri və sığorta siyahsəti kimi konosamentlərin və digər müvafiq sənədlərin hazırlanmasını təmin etmək;
 
	- Beynəlxaq daşıma qanunlarına uyğun olaraq  gömrük rəsmiləri ilə yüklərin koordinasiyasını həyata keçirmək.
 
Tələblər:
	- Ali təhsil;
 
	- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi; 
 
	- MS Office və Incoterms 2010 proqramlarında mükəmməl işləmə bacarığı;
 
	- Rus və ya ingilis dillərini bilməsi arzu olunandır;
 
	- Məsuliyyətli, punktual, diqqətcil, ünsiyyətcil və çalışqan;
 
	- Komandada işləmək bacarığına malik olan.
 
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Logistika üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.  
Email: [email protected]