Auditor mütəxəssis

İşin təsviri

Tələblər:

  • İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
  • Vergi, inzibati xətalar, əmək məcəllələrini mükəmməl bilməli.
  • Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərini bilməli;
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
  • CIA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • İllik Audit Planına əsasən və ya Plandan kənar  həyata keçirilən audit layihələrində qrup üzvü kimi iştirak etmək;
  • Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
  • Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında işçi faylları, hesabatları və s. hazırlamaq;
  • Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmasında iştirak etmək və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasında iştirak etmək;
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq  risklərinin qiymətləndirilməsini aparmaq.

5 günlük iş qrafiki

Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)

İş yeri: Babək Plaza ; Xətai rayonu

İş saatı: 09:00-18:00;

Zəhmət olmasa  CV - nizi fotoşəkili ilə elektron poçt ünvanına " Auditor" başlığı altında yollayın. Yalnız vəzifə başlığı qeyd olunan mailərə baxılacaq və yalnız tələblər uyğun namizədlərə geri dönüş olunacaq.

Email: [email protected]