Nəqliyyat üzrə supervayzer

İşin təsviri

İş şəraiti: 

Şirkətin təklifi: karyera imkanları, rəqabət qabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə uyğun olaraq bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, servis, qidalanma və s.).

İş qrafiki: Bazar ertəsi-cümə 8:00 - 17:00

Ünvan: Xırdalan ş., Şamaxı şosesi. 

Əsas vəzifə öhdəlikləri:

  • Nəqliyyat sahəsinin işinin koordinasiyası;
  • Nəqliyyat sahəsinin fəaliyyət nəticələrinə nəzarət və onların təhlili;
  • Sürücü heyəti ilə şirkət avtonəqliyyatının istismar qaydalarının yerinə yetirilməsinin və yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı iş;
  • Şirkət avtonəqliyyatının vaxtlı-vaxtında təmirinə, ona texniki xidmətə və yanacaqla təmin olunmasına nəzarət;
  • Şirkət avtonəqliyyatının təmir və xidmət qrafiklərinin tərtib olunması; 
  • Təmir və hesabat sənədlərinin aparılması;
  • Şirkət əməkdaşları tərəfindən hüquq pozuntularına nəzarət.

Namizədlərə tələblər:

  • Ali texniki təhsil; 
  • Nəqliyyat sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Rus və Azərbaycan dili bilikləri – mükəmməl, ingilis dili bilikləri – orta səviyyədə
  • Təcrübəli Fərdi Kompyuter istifadəçisi. MS Office proqramları barədə biliklər.

Bilik və bacarıqlar:

  • Sənədlərlə işləmə bacarığı;
  • Fəaliyyət planlaşdırma bacarığı;
  • Fəaliyyət üzrə hesabatların tərtib olunması bacarığı. 

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidə daxil olaraq CV formasını doldurub göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.

https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/

İşəgötürənin reytinqi