IT mütəxəssisi

İşin təsviri

ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.
Vəzifənin adı:
IT mütəxəssisi
İş yeri: Bakı, Azərbaycan
Yaşı və cinsi: 45-ə qədər, kişi

Əsas vəzifə öhdəlikləri:

• 50-150 nəfərlik şirkətin İT infrastrukturunun qurulması, təşkil edilməsi və ona nəzarətin həyata keçirilməsi;
• Sistem istifadəçilərinin proqram təminatları üzrə işləmək, onları qurmaq və onların fəaliyyətinə nəzarət etmək;
• Daxili İT infrastrukturun xarici faktorlardan müdafiə sistemlərini bilmək və tətbiq etmək;
• Microsofta əsaslanaraq Mail, storage serverlərin, şəbəkə avadanlığının iş prinsipini bilmək. iOS sistemlərini yaxından tanımaq və iki sistemin ziddiyyəti səbəbindən yarana bilən problemləri həll etmək;
• Aparat təminatının (hardware) iş prinsiplərini bilmək, problemləri diaqnozlaşdırmaq və aparat təminatının ayrı-ayrı elementlərini dəyişdirmək;
• Sistemdəki informasiyanın arxivləşdirilməsi üzrə prinsipləri başa düşmək və arxivləşdirməni həyata keçirmək;

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
• Dil bacarıqları: Azərbaycan, rus, texniki ingilis;
• Kompüter biliyi: Microsoft Certified Professional (MCP), Microsoft Certified System Engineer (MCSE) və daha yuxarı biliklərə malik mütəxəssislərə üstünlük verilir. Microsoft Office proqram təminatını, ən azı Exel, Word və Power Point proqramlarını yaxından tanımaq zəruridir.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə)  [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

 

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar