Metodologiya üzrə mütəxəssis

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 07.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisənin struktur bölmələrindən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması, müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
  • Müəssisənin struktur vahidləri tərəfindən hazırlanmış normativ sənəd layihələrinin nəzərdən keçirilməsi və standartlara uyğunlaşdırılması müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi; 
  • Biznes Proseslər üzrə metodoloji bazanın təkmilləşdirilməsi
  • Metodoloji dəstək məqsədilə proseslərin təkmilləşdirilməsi, məhsul və xidmətlərin yaradılması üzrə həyata keçirilən layihələrdə iştirak;
  • Müəssisənin biznes proseslərinin (biznes proseslərin daxili idarə olunması funksiyasına malik struktur vahidlərin prosesləri istisna olmaqla) təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin verilməsi;
  • Normativ sənədlərin təsdiqə təqdim olunması üçün ehtiyac olduqda təqdimat hazırlamaq və səlahiyyətli orqan qarşısında məsələni müzakirəyə təqdim etmək;
  • Müəssisənin normativ sənədlər üzrə elektron kitabxanasının (elektron bazanın) aparılması, sənədlərin yerləşdirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi  ;
  • Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri;
  • Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan:  Ü.Hacıbəyli 72)

İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00

Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

Maraqlananlar, öz CV-lərini “metodologiya üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər. 

İşəgötürənin reytinqi