Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 04.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dizel-generator şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir. 
  • Yeni generatorların alınaraq quraşdırılması ilə əlaqəli layihələrinin təminində iştirak (quraşdırma və qəbul prosesində) edir;
  • Generator giriş və çıxış elektrik, siqnal  xətləri, AVR sistemlərinin yenilənməsi, istismarı, təmiri;
  • Müxtəlif tipli, texniki parametrə malik olan akkumulyatorların istismarında iştirak etmək;
  • Müxtəlif tipli, texniki parametrə malik olan AC 380V/220V-DC48V düzləndiricilər - İstismarı, proflaktikası, təmiri.
  • Elektrik enerji işlədici avadanlıqların yerlə birləşmə durumunun yoxlanılması, ölçulməsi və problemlərin aradan qaldırılmasının koordinasiyası, icrası;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Kvalifikasiya üzrə tələblər:

  • Ali, orta texniki və ya energetika üzrə peşə təhsilli
  • Energetika  sahəsində ən azı 3 (üç) il iş təcrübəsi olmalıdır;
  • Dizel-generator sistemlərinin istismar qaydalarını, profilaktika işlərinin aparılmasını, baş vermiş nasazlıqların aradan qaldırılması üçün mövcud istismar təlimatlarını mükəmməl bilməlidir;
  • Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarında işləməyi bacarmalıdır;
  • “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”, “Elektrik və istilik qurğularının texniki istismar Qaydaları”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası” qaydalarını bilməlidir;
  • Elektrik təhlükəsizliyi üzrə 3-cü qrupa malik olmalıdır;

İş şəraiti:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək (qəza halları zamanı  7 gün/24 saat iş zamanına uyğun fəaliyyətinin təmini (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması və s. təmin edilməklə);

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Enerji sistemləri üzrə texniki dəstək sektoru üzrə Mütəxəssis vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi