Mühasib operator

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 04.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Xərc, iş və xidmət alış fakturalarının Logo Tiger Enterprice proqramına daxil edilməsi;
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
  • Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin yanacaq kartlarına ödənişlərin online vurulması və hesabatının aparılması;
  • Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələrinin sığorta tarixinə nəzarət, ümumilikdə icbari sığorta məslələrinin həlli;
  • Baş mühasibin göstərişlərinin yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Ali və ya orta ixtisas təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Xanım namizəd
  • Mühasib operator, maliyyə-mühasibat sahəsində azı 1 il iş təcrübəsi olmalı
  • Logo Tiger Enterprise proqramında sərbəst işləmək bacarığı
  • Təhlil aparmaq bacarığı
  • İnkişafa meyilli
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
  • Yaş həddi 25-35 arası
  • Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 gün, 08:00 – 17:00 
  • Əmək haqqı: 500 Azn
  • Nahar şirkət hesabına
  • Korporativ nömrə ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Mühasib operator” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlaqə nömrələri: +994552090362

Email: [email protected]