Baş mühasib

  • Beton Zavod
  • Elanın qoyulma tarixi: 11.02.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Beton Zavod: Baş mühasib

1. Rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması.

2. Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirilməsi

3. Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirilməsi və icrası

4. Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi.

5. Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparılması

6. Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktların rəsmiləşdirilməsi.


Maraqlanan şəxslər öz CV-lərini [email protected]  elektron ünvanına mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərməlidirlər.

 

Beton Zavod tərəfindən digər vakansiyalar