Sənəd dövriyyəsi üzrə mütəxəssis

İşin təsviri

İşin xülasəsi:

  • Sənəd dövriyyəsinin təmin olunması.

Vəzifə funksiyaları: 

  • Daxil olan sənədləri qəbul etmək və qeydiyyatını aparmaq;
  • Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
  • Sənədlərin göndərilməsini təşkil etmək və icra müddətinə nəzarət etmək;
  • Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini həyata keçirmək;
  • Sənədləri işlər üzrə formalaşdıraraq arxivə vermək;
  • Ay ərzində göndərilən sənədlərin siyahısını poçt xidmətləri ilə tutuşdurmaq və poçt xidmətinə görə daxil olan hesabları dəqiqləşdirmək;
  • Göndərilən sənədlərin ünvana çatmasına davamlı olaraq nəzarət etmək və çatma xəbərnamələrini poçt xidmətindən tələb etmək;
  • Xaricdən şirkətə nümunə malların gətirilməsini təşkil etmək;
  • Zəruri sənədlərdə düzəlişlər aparmaq;
  • Korlanmış rəsmi blankların hesabatını aparmaq;
  • Hər ayın ilk həftəsi sənəd dövriyyəsinin, poçt məsrəfləri və düzəlişlərin hesabatını vermək.

Vəzifə tələbləri:

  • Azərbaycan dilinin filologiyası üzrə ali təhsil
  • Azərbaycan dilində yüksək yazı bacarığı;
  • MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Müraciət qaydaları: 

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sənəd dövriyyəsi üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi