Əməliyyatlar üzrə mütəxəssis (Neft və Qaz sektoru üzrə)

İşin təsviri

Qeyd: Neft və Qaz sektorunda işləyən işçilərə və xüsusilə BP şirkətinin MRO tenderlərində iştirak etmiş namizədlərə üstünlük veriləcək.

  • Şirkətə daxil olan e-mail və müştəri müraciətlərinin təhlil edilib müvafiq şəkildə cavablandırılması;
  • Müştəri tələblərinə uyğun məhsul təklif edilməsi, məhsul barəsində tövsiyyələr verilməsi və təkliflər məktubunun hazırlanması;
  • Yeni məhsullar və kompaniyalar haqqında müştərilərə məlumat verilməsi;
  • Müştərilərdən gələn sorğuların müəyyən edilməsi (anbar, daxili bazar və ya xarici bazar);
  • Müştəri tələbinə görə sifariş edilən malların müşaiyət edici sənədlərlə təmin edilməsi (sertifikatlar, texniki məlumatlar və s.);
  • Təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsi;
  • Müştərilər tərəfindən təklif və iradların qeydiyyatı və menecerə ötürülməsinin təmin edilməsi;
  • Müştərilərin suallarının cavablandırılması;
  • Bütün müqavilələrin qeydə alınması;
  • Aylıq satış analizlərinin aparılması, hesablanması və bu barədə şöbə müdirinə məlumat verilməsi.
  • Satınalma Siyasətin və strategiyasının hazırlanması və yenilənmələrində iştirak edilməsi;
  • Tədarükçülərə Tender Paketləri/ sənədlərinin verilməsi və müəyyən edilmiş müddətlərə cavab vermək üçün izlənilməsi;
  • Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
  • Tədarükçülərin və bazarların təhlilinin aparılması;
  • Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
  • Proqram təminatında (One ERP) satınalma əməliyyatlarının təkmilləşdirilməsində fəal iştirak ediməsi;
  • Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə rəhbərlik edilməsi;
  • Məhsulların vaxtında çatdırılmasının və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
  • Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi proseslərinin edilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən yaxşı, uyğun və optimal təklifləri təsdiq üçün Satınalma Direktoruna göndərilməsi;
  • Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
  • Qaimə-fakturanı və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
  • Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
  • Sorğu icra olunduqdan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması.

Maraqlanan namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]  

İşəgötürənin reytinqi