Xəzinədar (Bakı, Sumqayıt və Lənkəran)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 28.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Ali və ya orta təhsil;
  • Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
  • Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
  • Analitik düşünmək;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
  • Yüksək dəqiqlik və məsuliyyət;
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
  • Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
  • Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar (Bakı, Sumqayıt və Lənkəran)”  qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi