Tikinti üzrə kiçik mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:    

  • Yeni və mövcud bina və qurğular üçün tikinti, təmir və adaptiv təkrar istifadə ehtiyaclarının müəyyən olunmasına yardım etmək;
  • Tikinti işlərinə nəzarət etmək və inşaat sahəsində obyekt və torpaq sahibləri, Bravo layihələrinin inşaat podratçıları və hazır tikinti layihələrinin podratçıları ilə münasibətdə şirkətin nümayəndəsi kimi çıxış etmək;
  • Tikinti/quraşdırma işləri ilə əlaqədar podratçılar tərəfindən yerinə yetirilən işin təmin edilməsi, avadanlıqların istismardan öncə və istismar zamanı layihə xüsusiyyətləri, işin həcminə və təsdiqlənmiş layihə cədvəlinə uyğunluğu ilə bağlı rəhbərinə məruzə etmək;
  • İnşaat podratçıları, layihə səhmdarları, layihə rəhbərliyi və şirkət rəhbərləri arasında fəaliyyət və gözləntiləri koordinasiya etmək;
  • Tikinti sahəsində koordinasiyanın həyata keçirilməsinə, podratçılarla gündəlik/həftəlik görüşlərin təşkil olunmasına dəstək olmaq;
  • Sahədə tikinti işlərini görən podratçılarla komanda münasibəti yaratmaq;
  • Yeni bina və obyektlər üçün təsdiq edilmiş çertyojların gedişatı və təşkil edilməsinə yardım etmək; 
  • Uyğunluq və dəqiqlik üçün inşaat çertyojlarına və digər materiallara baxış keçirmək. Dəyişikliklər, əlavə təkliflər və s. kimi inşaat sənədləşmələrini yoxlamaq və rəhbərinə təsdiq üçün təqdim etmək; 
  • İşin gedişatını yoxlamaq və layihənin detalları, o cümlədən layihə işlərinin gedişatı, risklər və imkanlar haqqında vaxtında rəhbərliyə məlumat vermək; 
  • Tikinti məhsuldarlığını və smetanı yoxlamaq və işin gedişatı qənaətbəxş olmadıqda rəhbərliyə məlumat vermək; 
  • Qəza/zədə siyahısının hazırlanması ilə qurğuların təhvil-təslim prosesində Texniki Xidmət Menecerinə yardım etmək. Sahədə təmir-tikinti işləri tamamlandıqdan sonra təhvil-təslim prosedurunu aparılmasına və öncədən təyin olunan standartlara əsasən təhvil-təslimin icra olunmasına dəstək olmaq;
  • Fəaliyyət göstərən Bravo mağazalarında İcarəyə verilən obyektlərin İcarəçiyə təhvil-təslim edilməsinə və İcarəçinin təmir tikinti prosesinə nəzarət edilməsinə dəstək olmaq. İcarəçinin işlərinə müdaxilə edilməsi ehtiyac olduğu halda bu barədə rəhbərinə məlumat vermək;
  • Yeni İcarəyə götürülən obyektlərə baxış keçirmək, ölçüləri almaq, AutoCAD proqramında layihəni hazırlamaq (plan, fasad, kəsim, detal və s.). sahədə problemləri əşkar etmək, işlərin həcmini çıxarmaq və raporları hazırlamaq;
  • MEP komandası ilə sıx əlaqədə olmaq, Mexanik və Elektrik işləri ilə bağlı məlumatları aidiyyatı üzrə yönəltmək;
  • Sahədə baxış keçirmək və baxış nəticəsində hesabat hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Obyektdə təmir-tikinti zamanı bütün işlərin təmir planına əsasən aparılmasını nəzarətdə saxlamaq;
  • Layihə əsasında tikinti işlərin sahədə icra olunmasına nəzarət etməkdə dəstək olmaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları təyin olunan vaxt çərçivəsində yerinə yetirmək;
  • Sahənin çertyojuna əsasən smetanı tərtib etmək və müvafiq sifarişləri etmək;
  • Tikinti sahəsində SƏTƏM qaydalarına riayyət etmək;
  • SƏTƏM şöbəsi ilə sahədə görülən təmir-tikinti işlərinin razılaşdırılması üçün prosedura uyğun lazım olan tədbirləri görmək;
  • Digər şöbələrin prosedurları ilə tanış olmaq və prosedurlara uyğun işin icrasını təmin etmək;
  • Tikinti sahələrində öncədən razılaşdırılan İnşaat materiallarına nəzarət etmək.

Namizədə dair tələblər:

  • İnşaat mühəndisliyi, mülki mühəndislik texnologiyası və ya buna bənzər sahədə ali təhsil;
  • Müvafiq ixtisas sahəsi üzrə inşaat mühəndisi kimi 1-3 illik təcrübə;
  • Komputer bilikləri (Microsoft Officeç AutoCad);
  • Tikinti layihələri oxumaq bacarığı;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemləri həll etmək bacarığı;
  • Müstəqil şəkildə işləyə bilmə bacarığı.

Maraqlanan namizədlər email ünvanına “Tikinti üzrə kiçik mühəndis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]