İT Sistem inzibatçısı

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil edir, işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
  • Bulud və Lokal informasiya sistemlərini, servislərini quraşdırır və köklənməsi işini təşkil edir.
  • Əlaqəli layihələrdə iştirak edir, server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər verir.
  • Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq edir.
  • Serverlərinin sayının, yerləşməsinin, əməliyyat sistemlərinin optimallaşmasının, effektivliyinin və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər verir.
  • Şirkətdə kiritik serverlərin və informasiya resurslarının müəyyən edilməsi və təsnifləşdirilməsi üzrə təkliflər verir.
  • Serverləin təhlükəsiz standartlarına uyğun dəstəklənməsi işini təşkil edir.
  • Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil edir.
  • Serverlər və informasiya resurslarında risklərin qiymətləndirilməsi  üzrə təkliflər verir.
  • Serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti üçün Şirkətin Ehtiyat Mərkəzlərində işin təşkilində iştirak edir.
  • Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
  • Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətləri araşdırır və cavablandırır.
  • Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirləri təşkil edir.
  • Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırlmasını təşkil edir.
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Texniki Biliklər üzrə minimal tələblər:

  • M365 environment üzrə administrativ biliklər (Exchange online, Sharepoint, MS Teams və s)
  • Windows Server 2016, 2019 environment biliklər
  • Vmware Virtualization Systems üzrə administrativ biliklər
  • Dell, Huwaei, HP fiziki server və strorage üzrə administrativ biliklər
  • Windows Server servisləri haqqında administrativ biliklər (LAPS. AD DS, FS, PKİ, FS, WSUS, IIS, TS və s.)
  • Database xidmətləri üzrə ümumi biliklər.
  • Backup sistemləri üzrə administrativ biliklər
  • Monitoring sistemləri üzrə administrativ biliklər
  • Qeyd olunan istiqamətlər üzrə (Azure, Office365, other Microsoft and Linux based certifications) Beynəlxalq Serifikatlı mütəxəssislər müəyyən üstünlük qazanacaqdır.
  • İş stajı 2 ildən yuxarı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “ Sistem inzibatçısı” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi