HVAC sistemləri üzrə mühəndis

İşin təsviri

İş barədə məlumat:

  • Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək
  • Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
  • Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək
  • Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
  • Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
  • Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
  • Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması , avadanlıqların seçimi

Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir

6 gün iş günü, bazar günü istirahət

İş qrafki: saat 09:00-dan 18:00-na kimi

AR ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə

Namizədə tələblər:

  • İxtisası üzrə ali təhsil;
  • Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
  • Kompüter bilikləri (MS Office,  və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
  • Komandada işləmə bacarığına malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;

Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini subject yerində “HVAC  sistemləri  üzrə  mühəndis qeyd edərək göndərə bilərlər.

Email: [email protected]