Müqavilə hüququ şöbəsinin müdiri

İşin təsviri

İşəgötürən: İnvestisiya Şirkəti


Tələb olunur: Müqavilə hüququ şöbəsinin müdiri


Tələblər:

 Ali hüquq təhsili,
 Hüquq nəzəriyyəsi və qanunvericilik üzrə əsaslı biliklərə malik olmaq,
 Bank, vergi, əmək və mülki qanunvericiliyi mükəmməl bilmək,
 Hüquqşünaşlıq sahəsində bütövlükdə minimum 5 illik iş təcrübəsinə malik olmaq, (magistr ali elmi ixtisas dərəcəsi olanlar üçün 2 ildən artıq iş təcrübəsi),
 Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti; rus dilini bilmək, ingilis dili üzrə baza biliklərə malik olmaq,
 Vətəndaş qüsursuzluğuna malik olmaq,
 Word, Excel və Internetdə işləmə bacarığı,
 İdarəetmə qabiliyyəti və analitik qabiliyyətə malik olmaq,
 Komanda ilə işləmə və Departament daxilində qərar qəbul etmə qabiliyyəti,
 Şöbənin işlərini planlaşdırma bacarığı,
 Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti,
 Özünütənqid qabiliyyəti və məsuliyyətlilik qabiliyyəti, etikalı olmaq.


Görüləcək işlər:

 Şirkətin hüquq və qаnuni mаrаqlаrını müdаfiə еdən bütün növ müqаvilələrin  standartlarının tərtib edilməsini təmin edir.
 Qeyri-standart müqavilələrin və sənədlərin ekspertizasının keçirilməsi və hazırlanması işinə rəhbərlik edir, hüquqi məsləhətlər və təкliflər vеrir.
 Hüquqi məsələlərlə bağlı kontragentlərlə müqavilə danışıqlarını (mediasiya) aparılmasını təmin edir.
 Müştərilər və partnyorlarla münasibətdə Şirkətin fəaliyyətini hüquqi dəstəkləyir.
 Müqavilə praktikasının təkmilləşdirilməsinə dair təkliflər verir.
 Şöbənin işini təşkil edir, əməkdaşları arasında iş bölgüsü aparır, işlərin görülməsinə nəzarət edir, daxili intizamı təmin edir.

Xahiş olunur cv nizi  [email protected]  ünvana göndərəsiniz.