Partnyorlarla iş bölməsinin aparıcı mütəxəssisi

İşin təsviri

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali
  • Yaş: 22-35
  • Biznesin inkişafı, satış və ya partnyorlarla iş sahəsində ən azı 1 il təcrübə
  • Ünsiyyət qurma və inandırma bacarığı
  • Dil bilikləri: Azərbaycan dili və rus dili (əla), ingilis dili (arzuolunandır)

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud partnyorlarla (banklar, bank olmayan kredit təşkilatları və s.) əlaqələrin möhkəmləndirilməsi, satışlara nəzarət və biznesin artırılması
  • Yeni partnyorlarla görüşlərin keçirilməsi və əməkdaşlığa cəlb edilməsi
  • Partnyorların tələblərini nəzərə alaraq uyğun sığorta məhsullarının təklif edilməsi, sığorta şərtləri və təminatı haqqında məlumatlandırma
  • Partnyor satışları bölməsi üzrə müəyyən olunmuş satış planlarının yerinə yetirilməsi.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş qrafiki: I-V günlər (09:00-18:00)
  • Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir
  • Əmək haqqı: 800 AZN + rüblük motivasiya

Zəhmət olmasa “mövzü” bölməsində “Partnyorlarla iş bölməsinin aparıcı mütəxəssisi” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) göndərin. Yalnız ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi