İşin təsviri
Namizədə tələblər:
- Məsuliyyətli, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- İntizam nizamnaməsinin tələblərinə ciddi riayət etmək;
- Mükəmməl ünsiyyət və kommunikasiya bacarıqları;
- Etik normalar əsasında davranma qabiliyyəti (gülərüz, səbirli və təmkinli);
- Microsoft Office proqramları ilə səlis işləmə bacarığı vacib amillərdən biridir.
Vəzifə öhdəlikləri:
- Təlim keçən iştirakçıların qeydiyyatının aparılması;
- Təlim iştirakçıları üçün təlim materialları və dəftərxana ləvazimatlarına nəzərətin təşkil edilməsi;
- Təlimlərin keçirilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmuş təlim otaqlarına nəzərətin təşkil edilməsi;
- Hesabatlılıq məqsədi ilə hazırlanmış sənədlərin skan olunması və bulud serverə yüklənməsi;
- Təlim iştirakçılarına müvafiq sənədlərin doldurulması prosesində dəstək olmaq, onların qeydinə qalmaq, təlim proqramının tam anladıqlarına əmin olmaq üçün lazımi köməkliyin göstərilməsi;
- Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi.
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Təlim nəzarətçisi – “Respublikanın şəhər və rayon adı”” (məs.: “Regionda təlim nəzarətçisi – Quba”) qeyd etmələri xahiş olunur.
Email: [email protected]