İşin təsviri
                
                
                                
                Vəzifə öhdəliyi: 
	- Sənədlərə əsasən CMR (nəqliyyat qaiməsi) hazırlanması və proseslərin sonunda ixracla bağlı gömrük bəyənnaməsinin   hazırlanması;
 
	- Təyin olunmuş maşınların yerdəyişmə prosesinin izlənməsi;
 
	- Gübrə idxalı zamanı “İdxal-karantin aktı” nın alınması üçün müraciət, hazır sənədlərə əsasən “Qısa idxal bəyənnaməsi” və gübrələr gəldikdən sonra “Gömrük Bəyənnaməsi”nin yazılması;
 
	- İdxal olunan gübrələrə bağlı yazılan “İdxal – karantin aktı” üzrə Laboratoriyaya nümunələrin çatdırılmasının, nəticələrinin və ödənisşlərinin izlənilməsi;
 
	- Bölgələr arası daşınmada nəqliyyat vasitələrinin təyini və Fərdi sahibkarlara məxsus maşınların ödəniş aktlarının hazırlanması;
 
	- Aylıq və həftəlik daşınmada istifadə olunan nəqliyyat sahiblərindən təqdim olunan ödəniş aktlarının yoxlanılması və Maliyyə şöbəsinin həmin aktlarla (pomidorla bağlı) təmin edilməsi;
 
	- Dövlət strukturlarına Logistika, Gömrük və AQTA ilə bağlı rəsmi ərizələrin, məktubların, şikayətlərin və müraciətlərin yazılması
 
Bilməlidir:
	- Rus dili – mükəmməl, İngilis dili – arzu olunan
 
	- MC office – proqramlarını yüksək səviyyədə bilməlidir. 
 
	- Gömrük sənədləşmələri və onların idarə edilməsini 
 
Bacarıqlar:
	- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
 
	- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
 
	- İşgüzarlıq;
 
	- Müştəriyə oriyentasiya;
 
	- Komandada işləmək bacarığı
 
Tələblər: 
	- Loqistika  sahəsi üzrə ali təhsil
 
	- Ən az 1 il iş təcrübəsi 
 
	- Bəy namizədlərə üstünlük veriləcək
 
	- Yaş həddi 22-28
 
Təminatlar:
	- Əmək haqqı: 800 AZN 
 
	- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
 
	- Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək. 
 
Vakansiyaya uyğun namizədlər  CV-lərini “Logistika üzrə kiçik mütəxəssis” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Email: [email protected]
Əlaqədar şəxs: Səidə Ağayeva  050-268-45-95